7 Mart 2022
Mətni dəyiş
Ukrayna xalqının Rusiya tərəfindən “soyqırıma” məruz qalması işi üzrə Beynəlxalq Ədalət Məhkəməsində keçirilən dinləmələrdə Ukrayna nümayəndə heyətinin üzvü Yelena Zerkal ölkəsinin Rusiyaya qarşı əsas tələblərini açıqlayıb.
O, ilk növbədə, Rusiya Federasiyasını fevralın 24-də Ukrayna ərazisində başlatdığı hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb.
“Rusiya Federasiyası onun göndərdiyi və ya dəstəklədiyi hər hansı silahlı qüvvələrin və ya qeyri-qanuni silahlı birləşmələrin Ukraynanın soyqırım törətməsinin qarşısını almaq və ya onu cəzalandırmaq üçün hərbi əməliyyatlarda iştirak etməmələrini dərhal təmin etməlidir”, - deyə Zerkal başqa bir tələb adlandırıb.
Ukrayna həmçinin Rusiya Federasiyasından münaqişəni gücləndirə və ya genişləndirə, həllini çətinləşdirə biləcək hər hansı hərəkətlərdən çəkinməyi tələb edir.
"Rusiya Federasiyası Məhkəmənin qərarının icrası üçün görülən tədbirlər haqqında müvafiq qərarından bir həftə sonra məhkəməyə hesabat təqdim etməlidir", - Zerkal əlavə edib.
Bundan əlavə, təzminat məsələləri mütləq növbəti dinləmələrin mövzusu olacaq.