Gürcüstanda rusiyameylli partiyanın tərəfdarları azərbaycanlı ictimai fəala hədə-qorxu gəlib

Gürcüstanda rusiyameylli partiyanın tərəfdarları azərbaycanlı ictimai fəala hədə-qorxu gəlib
17 Mart 2022
Mətni dəyiş

Gürcüstanda ictimai fəal Samirə Bayramova Rusiyameylli “Mühafizəkar hərəkat” partiyasının tərəfdarlarının hədə-qorxusuna məruz qalıb.

Buna səbəb martın 14-də azərbaycanlı gənc xanımın partiyanın Marneuli şəhərində ofisinin açılmasına dinc etirazı olub.

S.Bayramova həmin gün ofis binasının fasadında boya ilə Ukrayna və Avropa İttifaqının bayraqlarını çəkib, “Rusiya işğalçıdır” sözlərini yazıb. Bu etirazdan sonra o, ötən gün partiyanın tərəfdarlarının zorakı hədələrinin hədəfinə çevrilib.

Gürcüstanın Tolerantlıq və Müxtəliflik İnstitutu (TDI) ictimai fəala dəstək və həmrəylik ifadə edib. QHT hökuməti S. Bayramovaya qarşı hər bir təhlükəni dərhal araşdırıb qarşısını almağa və partiya rəhbərlərini cinayət məsuliyyətinə cəlb etməyə çağırıb.

Rusiya-Ukrayna müharibəsinə görə Gürcüstan ictimaiyyəti “Mühafizəkar hərəkat” partiyasının fəaliyyətinə qarşı etiraz etməyə başlayıb. Etirazlar fonunda Rusiyameylli partiyanın Acarıstanda açılmış iki ofisi bağlanmağa məcbur olub.

“Mühafizəkar hərəkat” partiyası ötən ilin dekabrında dövlət qeydiyyatına alınıb. Siyasi təşkilatın təsisçisi “Alt-Info” onlayn media resursudur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun