7 Mart 2022
Mətni dəyiş
Gürcüstanın iqtisadiyyat naziri Levan Davitaşvili bildirib ki, son günlər 20-25 min rusiyalı Gürcüstana daxil olub. Bu barədə Netgazeti.Ge xəbər verir.
Davitaşvili qeyd edib ki, təxminən eyni sayda rusiyalı Gürcüstana 2020-ci il pandemiyasından əvvəl və pandemiya ərzində, 2021-ci ildə Gürcüstanda ciddi özünütəcrid qaydaları tətbiq olunana qədər gəlib.
O, tezliklə Gürcüstan Daxili İşlər Nazirliyinin daha dəqiq məlumatlar təqdim edəcəyinə söz verib. “Hər kəs üçün maraqlıdırsa, məlumat gizlədilməməlidir. Biz görürük ki, indi bir çox məsələlər [Ukraynadakı münaqişə fonunda] cəmiyyətdə çox emosional qəbul edilir və biz bunu tamamilə başa düşürük”, - deyə nazir bildirib.
Davitaşvilinin sözlərinə görə, Gürcüstan hökuməti viza rejiminin tətbiqi imkanlarını nəzərdən keçirmir. “Biz eyni fikirdəyik – qanunla problemi olmayan, sanksiyalara məruz qalmayan və ölkəmiz üçün təhlükə yaratmayan şəxslərin Gürcüstana girişinə icazə veriləcək”.