15 Mart 2022
Mətni dəyiş
Gürcüstan hökuməti Prezident Salome Zurabişvili ilə bağlı ölkənin Konstitusiya Məhkəməsinə müraciət etməyə hazırlaşır.
Bu barədə hakim “Gürcü Arzusu” Partiyasının Siyasi Şurasının açıqlamasında deyilir.
Açıqlamada bildirilir ki, dövlət başçısı xarici siyasətin həyata keçirilməsi prosesində ölkə konstitusiyasını pozub və Konstitusiya Məhkəməsi bunu təsdiq etməlidir.
Hakim partiyadan bildirilib ki, son bir il ərzində prezidentin hökumətin irəli sürdüyü səfir və ya diplomatik nümayəndənin təyinatından imtina etməsi ilə bağlı çoxsaylı hallar olub və bu da konstitusiya ilə kobud şəkildə ziddiyət təşkil edir.
Ötən gün parlamentdə çıxışı zamanı ölkə prezidenti bir sıra məsələlərdə hakim partiyaya irad tutub. Salome Zurabişvili hakimiyyətin onun beynəlxalq fəaliyyətinə məhdudiyyətlər qoyduğunu deyərək bunu "anlaşılmaz" adlandırıb.