Rusiya-Ukrayna ərasıdna hərbi gərginlik davam edir. Rusiya ordusu davamlı olaraq Ukraynanın mülki infrastrukturunu hədəf alır. Rusiyanın hava zərbələri nəticəsində həlak olan mülki şəxslərin saylı günbəgün artır.
Əməliyyatlar fevralın 6-da da davam edib, ancaq Rusiya ordusu döyüş meydanında ciddi itkilərə məruz qalıb.
Belə ki, Rusiyanın desant qüvvələri Ukraynanın Nikolayev vilayətini tərk etməyə məcbur olublar. Rusiya hərbçiləri texnikanı atıb gediblər. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bununla bağlı materiallar yayıb.
Bununla bərabər, Ukrayna hərbçiləri Luqansk istiqamətində bir neçə uğurlu əks-hücum həyata keçirib.
Fevralın 7-nə keçən gecə isə Ukrayna ordusu Xarkov əyalətinin Çuquyev şəhərini Rusiya hərbçilərindən azad edib.
"Müdafiə qüvvələrinin qruplaşması cənub, şərq və şimal istiqamətlərində müdafiə əməliyyatını davam etdirir. Döyüş əməliyyatları zamanı Çuquyev şəhəri azad edilib. İşğalçılar şəxsi heyət və texnikada xeyli itki verib. Rusiya Silahlı Qüvvələrinin dəniz piyada korpusunun 61-ci əlahiddə briqadasının komandiri, polkovnik-leytenant Dmitri Safronov və Rusiya Federasiyası Silahlı Qüvvələrinin Hava-Desant Qüvvələrinin 11-ci əlahiddə hücum briqadası komandirinin müavini, polkovnik-leytenant Denis Qleblov məhv edilib”, - Ukrayna Silahlı Qüvvələrinin məlumatında deyilir.
Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların növbəti raundunun bu gün baş tutacağı gözlənilir.