Foto: sosial media
11 Mart 2022
Mətni dəyiş
Fransa Silahlı Qüvvələri hesab edir ki, Rusiya ordusu Ukraynanı işğal etməyə hazır olmayıb.
CNN xəbər verir ki, bunu Fransa Silahlı Qüvvələrinin nümayəndəsi Paskal Yanni deyib.
O qeyd edib ki, zəif hazırlıq ucbatından rus döyüşçüləri hazırda yerlərdə, xüsusən də maddi-texniki təchizat və kəşfiyyatda bir çox çətinliklərlə üzləşirlər.
“Ola bilsin ki, yaxın bir neçə gündə Kiyevə hücum edilsin, lakin əslində Kiyevə nəzarəti ələ keçirmək tamam başqa məsələdir və bu, çox uzun vaxt aparacaq”, - Rus ordusunun ehtiyatı probleminə işarə edən Yanni vurğulayıb.
Həmçinin, onun sözlərinə görə, hava şəraitinin dəyişməsi - yazın erkən başlaması və torpağın əriməsi rus hərbçilər üçün hərəkətlilik problemi yaradır.
Bundan əlavə, hərbi sözçü qeyd edib ki, daha əvvəl Kiyevə doğru hərəkət edən 65 kilometrlik rus karvanı əsasən dağılıb və yenidən yerləşdirilib.