3 Mart 2022
Mətni dəyiş
Fransa hakimiyyəti “Rosneft”in rəhbəri İqor Seçinə məxsus “Amore Vero” yaxtasını müsadirə edib. Bu barədə Fransanın İqtisadiyyat və Maliyyə naziri Bruno Le Mer Tvitter hesabında məlumat verib.
Onun sözlərinə görə, yaxta martın 3-nə keçən gecə Kot d'Azurdakı La Ciota limanında saxlanılıb. Əvvəllər 85 metrlik ˝Amore Vero˝ yaxtası ˝St. Princess Olga˝ adlanırdı. Orada “Rosneft” rəhbərinin keçmiş həyat yoldaşı Olqa Seçina zaman keçirirdi.
Yaxta Ukraynanın işğalı ilə əlaqədar Rusiya rəsmilərinə qarşı tətbiq edilən sanksiyalar çərçivəsində müsadirə edilib.