Amerikanın "FOX News" kanalının əməkdaşı Ukraynada döyüş meydanlarında çəkiliş edən zaman yaralanıb.
Bu barədə məlumatı kanal özü yayıb. Bildirilib ki, kanal Ukraynaya ezam olunan əməkdaşı Benyamin Hall çəkiliş edən zaman yaralanıb.
İngilis əsilli jurnalist Kiyevə yaxınlığındakı təhlükəli ərazilərdə çəkiliş edərək yaralanıb. Bildirilib ki, jurnalist xəstəxanaya aparılıb və hazırda səhəti ilə bağlı məlumat ala bilmirlər.
Bundan əvvəl martın 13-də Ukraynanın Kiyev vilayətinin İrpen şəhərində amerikalı bir jurnalist güllələnərək öldürülüb.
Məsələ ilə bağlı açıqlama verən daxili işlər nazirinin müşaviri Anton Qeraşenko bildirib ki, işğalçılar hətta rus qoşunlarının Ukraynadakı vəhşilikləri haqqında həqiqəti göstərməyə çalışan beynəlxalq media jurnalistlərini də rüsvayçılıqla öldürürlər.
Bundan əvvəl Kiyev vilayətinin İrpen şəhərində 51 yaşlı jurnalist, rejissor güllələnib. Ukraynalı Qeraşenkonun sözlərinə görə, atəş zamanı daha bir jurnalist yaralanıb. Ona ilkin tibbi yardım göstərilir.