3 Mart 2022
Mətni dəyiş
Alman hakimiyyət orqanları Hamburqda lövbər salan rusiyalı iş adamı Alişer Usmanovun yaxtasını ələ keçirib. Bu barədə Forbes bir neçə mənbəyə istinadən yazır.
“Dilbər” adını daşıyan 156 metrlik yaxtanın dəyəri təxminən 600 milyon dollar qiymətləndirilir.
Usmanov Rusiyanın Ukraynaya müdaxiləsinə görə Aİ-nin tətbiq etdiyi sanksiyalara məruz qalıb. Sanksiyalar qara siyahıya düşən şəxslərin bütün aktivlərinin dondurulmasını nəzərdə tutur.
“Dilbər” yaxtası 2016-cı ildə Usmanov üçün tikilib. O dövrdə o, dünyanın ən tutumlu və bu sinif gəmiləri arasında dünyanın dördüncü ən uzun yaxtası hesab olunurdu.