Martın 24-də saat 16.00-da erməni birləşmələri Ağdamın yaxınlığında yerləşən Farux və Xramort kəndlərinin əhalisi ilə birlikdə onları tərk edib. Bu barədə cümə axşamı erməni mətbuatı məlumat yayıb.
Azərbaycan hərbçilərinin Farux kəndini atəşə tutmadan nəzarətə götürdüyünü, Rusiya sülhməramlılarının isə baş verənlərə müdaxilə etmədiyi bildirilir.
Bu erməni kəndlərinin icma başçıları Azərbaycan qüvvələrinin Ağdamdan 2-3 kilometr irəlilədiyini təsdiqlədilər.
Son məlumatlara görə, Farux kəndi Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətindədir, Xramorda isə erməni hərbçiləri onu qorumaq üçün bu kəndə qayıdıblar.
Öz növbəsində Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, Ermənistan tərəfinin Qarabağda vəziyyətin gərginləşməsi ilə bağlı bəyanatları reallığa uyğun deyil.
“Mövqelər və dislokasiya yerləri dəqiqləşdirilir, toqquşma və insident baş verməyib”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, Qarabağın keçmiş Əsgəran rayonunun Farux kəndi strateji əhəmiyyətə malikdir. Bu dominant yüksəklikdir, buda Əsgəran rayonunun əksər hissəsini, o cümlədən rayon mərkəzini nəzərət saxlamağa imkan verir.