3 Mart 2022
Mətni dəyiş
“Exo Moskvı” radiostansiyasının direktorlar şurası radiokanalın və radiostansiyanın saytının ləğvi barədə qərar qəbul edib. Bu barədə kanalın baş redaktoru Aleksey Venediktov teleqramda yazıb.
Roskomnadzor həmçinin Google-dan “Exo Moskvı” proqramını öz tətbiqlər mağazasından silməyi tələb edib.
Bundan əvvəl Baş Prokurorluq “Dojd” telekanalının (Rusiya hakimiyyəti tərəfindən “xarici agent” kimi tanınır) və “Exo Moskvı” radiosunun bloklanmasını tələb edib. Roskomnadzor sayta girişi məhdudlaşdırıb, “Exo Moskvı”nın yayımı dayandırılıb. Radiostansiyanın “Yandex.Zen”dəki kanalı bağlanıb, onun “VKontakte” şəbəkəsindəki səhifəsi silinib.
Bu qərarın “ekstremist fəaliyyətə və zorakılığa çağırışlarla məqsədyönlü şəkildə yerləşdirilməsi, Rusiya hərbçilərinin DXR və LXR-də hərəkətləri barədə qəsdən yalan məlumatların yerləşdirilməsi” ilə bağlı qəbul edildiyi iddia edilir.