Bu barədə Baş nazir Nikol Paşinyan danışıb.
Paşinyan bildirib ki, hazırda Qarabağda yaranmış vəziyyət son dərəcə gərgindir. Qeyd olunub ki, Azərbaycan bu istiqamətdə hərəkətlərinə haqq qazandırmaq üçün rəsmi Yerevanı pozucu fəaliyyətdə ittiham edir. Paşinyan bunu əsas gətirərək, sülhə çağırışla bağlı təklif səsləndirib.
Bundan əlavə, bu günlərdə Qarabağ ərazisində yaşayan ermənilərin qondarma “Təhlükəsizlik şurası” Rusiya prezidenti Vladimir Putinə rəsmi məktub göndərərək Rusiya hərbçilərinin sayını artırmağa çağırıb.
Məsələ ətrafında danışıqlar davam edir.