Çeçenistan Respublikasının lideri Ramzan Kadırov "Tesla” və "SpaceX” şirkətlərinin sahibi Elon Maskın Rusiya prezidenti Vladimir Putini təkbətək döyüşə çağırmasına cavab verib. Kadirov şəxsi "Telegram" kanaılnda verdiyi açıqlamada seksist yanaşma sərgiləyərək Elon Maska "Elona" deyə xitab edib. Çeçen lider qeyd edib ki, siz "Zərif Elona"dan "Amansız Elona"ya dönüşmək üçün öz üzərinizdə işləyib əzələlərinizi şişirtməlisiniz: "Bunun üçün Çeçenistana gəlib məşq edə bilərsiniz", - deyə o, qeyd edib. Elon Mask isə "Twitter" hesabındakı adının sonuna "a" hərfi əlavə edərək Kadiroun bu istiqamətdə dediyi fikirlərinin onun üçün əhəmiyyətli olmadığını göstərib. "Əgər Putin döyüşməkdən qorxursa, mən yalnız sol əlimdən istifadə edə bilərəm. Baxmayaraq ki, mən heç solaxay da deyiləm. Hörmətlə Elona", - deyə "Tesla” və "SpaceX” şirkətlərinin sahibi Elon Mask cavabında qeyd edib. Bundan əvvəl Elon Mask Rusiya prezidenti Vladimir Putini təkbətək döyüşə çağırmışdı.