2 Mart 2022
Mətni dəyiş
Dövlət Duması Cinayət Məcəlləsinə Rusiya Silahlı Qüvvələrinin ˝hərbi əməliyyatlar zamanı˝ hərəkətləri barədə yalan məlumatların yayılmasına görə məsuliyyətə aid dəyişiklik edib. Bu barədə TASS-a qanun layihəsinin həmmüəllifi, Dövlət Dumasının Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin rəhbəri Vasili Piskarev məlumat verib.
Birinci hissə ümumidir, belə saxta məlumatların istehsalı və yayılması ilə bağlı üç ilə qədər həbs cəzası nəzərdə tutur. Fəaliyyət öz vəzifə səlahiyyətlərindən istifadə etməklə, bir qrup şəxs və ya mütəşəkkil dəstə halında, internet və digər genişyayılma imkanlarından istifadə etməklə həyata keçirildikdə, cəza daha yüksək, beş ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası olacaq. Əgər saxta məlumat yayan şəxs onun yalan olduğunu dəqiq bilirsə və ictimai təhlükəli nəticələr alıbsa, o zaman cəza 15 ilə qədər həbsdir.
Piskarev dəqiqləşdirib ki, düzəlişlər ayrıca qanun layihəsi ilə edilmir və rusiyalıların xarici sanksiyaların icrasına görə cəza tətbiqi haqqında qanun layihəsinin ikinci oxunuşuna çıxarılıb.
Dövlət Dumasının növbəti iclaslarında bu sənədin hər üç oxunuşda qəbul ediləcəyi gözlənilir. Növbəti iclaslar martın 4, 9 və 10-na planlaşdırılıb.