"1967-ci il təvəllüdlü Əliyev Arif Eynulla oğlu Kryükovda Rusiya qoşunları tərəfindən mühasirəyə alınan şəhərdə artilleriya atəşi altındadır və həyatına təhlükə var" Bu sözləri İvano-Frankovsk vilayəti Azərbaycanlılar Konqresinin sədri, logistika xidməti rəhbəri Mətləb Nəcəfov bildirib. Nəcəfov qeyd edib ki, Əliyev Arif "Volf transport" şirkətinə məxsus yük maşını idarə edən zaman Ukraynanın Çerniqov vilayətinin Kryükov şəhərində mühasirəyə düşüb. Bildirilib ki, hazırda o artilleriya atəşi altındadır və həyatına təhlükə var.
Onunla bərabər Gürcüstan və Türkiyə şirkətlərinə məxsus yük maşınları sürücüləri mühasirədədir. Azərbaycan vətəndaşı ilə bağlı müraciətlər etsələr də heç bir nəticəsi yoxdur.