ABŞ prezidenti Co Bayden çərşənbə günü Rusiya prezidenti Vladimir Putini “müharibə cinayətkarı” adlandırıb.
Bu sözləri Prezident Bayden Vaşinqtonda jurnalistlərə açıqlamasında deyib və qeyd edib ki, Ağ Ev ilk dəfə olaraq Rusiyanın Ukraynaya işğalı zamanı hərəkətlərini "müharibə cinayətləri" adlandırıb.
Baydenin bu sözləri ABŞ Senatının Rusiyaya qarşı yekdilliklə qəbul etdiyi qətnamədən bir gün sonraya təsadüf edib. Bundan bir neçə saat əvvəl isə Ukrayna prezidenti Zelenski Konqres üzvləri qarşısında çıxış edib.
“İndi ölkəmiz bütün Avropanin ən qaranlıq günlərində sizi daha çox iş görməyə çağırır” deyən Zelenski Konqresi Perl Harbor faciəsini və 11 sentyabr hadisələrini xatırlamağa və Ukrayna səmasını bağlamağa çağırıb.
Baydenə müraciət edən Zelenski deyib: “Dünya lideri dünyanın lideri olmalıdır”, yəni NATO üzvlüyündən asılı olmayaraq, Ukrayna müdafiəyə layiqdir.
Zelenskinin çıxışından bir neçə saat sonra Bayden Ukrayna xalqına azadlıqlarını müdafiə etmək üçün 800 milyon dollarlıq silah transferi əmrini imzalayıb və “dünya Ukraynanı dəstəkləməkdə və Putinə ağır bədəl ödətmək əzmimizdə birləşib” deyib.
Pentaqonun açıqlamasına görə, Baydenin cümə axşamı imzaladığı fərman ABŞ-ın Ukraynaya yeni təhlükəsizlik yardımının ümumi məbləğini təkcə bu həftə 1 milyard dollara çatdırır.
Son paket silahların Müdafiə Nazirliyindən Ukrayna hərbçilərinə birbaşa təhvil verilməsindən ibarətdir. Buraya “onu qorumaq üçün Ukraynaya ən qabaqcıl sistemlərimizi göndərmək öhdəliyimizi nümayiş etdirən pilotsuz təyyarələr” daxil olacaq”, Bayden deyib.
Birdə ki, Vaşinqton müttəfiqləri ilə daha uzun mənzilli zenit sistemlərini Ukraynaya ötürmək üçün çalışır.
Yeni 800 milyon dollarlıq yardım paketinə aşağıdakılar daxildir:
• 800 zenit sistemi Stinger;
• 2000 Javelin, 1000 yüngül tank əleyhinə silah və 6000 AT-4 tank əleyhinə sistem;
• 100 taktiki pilotsuz uçuş aparatı;
• 100 qumbaraatan, 5000 avtomat, 1000 tapança, 400 pulemyot və 400 tüfəng;
• atıcı silahlar üçün 20 milyondan çox patron və qumbaraatan və minaatanlar üçün patron;
• 25 000 dəst zirehli gödəkçə;
• 25.000 dəbilqə.
Pentaqon cümə axşamı bildirib ki, bu silahları ötürmək üçün tez hərəkət edəcək. Yerli mediaya görə, ABŞ Bayden administrasiyasının yeni silah paketi çərçivəsində Ukraynaya 100 Switchblade dron göndərməyidə planlaşdırır.