Martın 19-da Çinin "China Eastern Airlines” şirkətinə məxsus “Boeing 737” sərnişin təyyarəsi Çinin Quanqsi-Çjuan Muxtar Bölgəsinin Uçjou şəhər dairəsində, Ten ərazisində qəzaya uğrayıb. Qəzaya uğrayan təyyarə daha sonra meşəlik əraziyə düşüb. Ərazidə yanığın başlayıb. Təyyarənin göyərtisində 123 sərnişin və 9 ekipaj üzvü olub. Çinin Mərkəzi Televiziyası məlumat yayaraq bildirib ki, xilasedicilər hələ Çinin cənubunda qəzaya uğrayan “Boeing 737” təyyarəsinin sərnişinlərin və ekipaj üzvlərinin meyitlərini tapmayıb. Axtarış-xilasetmə işləri davam edir.