Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı oliqarxların Türkiyəyə gələ biləcəyini deyib.
Nazir bu barədə Qətərdə keçirilən forumda çıxış edən zaman danışıb. Çavuşoğlu bildirib ki, bizim əsas prinsipimiz odur ki, ölkəmizdə qanuni olan bütün hərəkətlərə icazə veririk. Çavuşoğlu bildirib ki, bu oliqarxların fəaliyyəti qanun çərçivəsində olasa icazə veriləcək. Rus turistlərin də Türkiyəyə gələ biləcəyini qeyd edən Çavuşoğlu bildirib ki, bununla bağlı heç bir halda qadağa ola bilməz: "Hazırda ölkəmizdə 60 mindən çox rus turist var və rus turistlər heç bir məhdudiyyət olmadan Türkiyəyə səfər edə bilərlər" Türkiyə BMT-nin Rusiyaya tətbiq etdiyi sanksiyalara qoşulsa da, digər ölkələrin və birliklərin sanksiya qərarlarını icra etməyəcəyini bildirib. Bu günlərdə sanksiyalara məruz qalan rusiyalı milyarder Roman Abramoviçin nəhəng yaxtası – “Solaris” bazar ertəsi Bodrum limanına gəlib. Bildirilib ki, milyarder sanksiyalardan yayınmaq üçün Türkiyəni seçib.