"Böyük Britaniya Ukraynaya zenit silahları göndərməyi planlaşdırır". Bu sözləri Böyük Britaniyanın müdafiə naziri Ben Ualles deyib.
Britaniyalı nazir “Commons” nəşrinə bildirib ki, Rusiya qüvvələrinin Kiyevə şərqdən yaxınlaşdığı bir vaxtda Britaniya Ukraynaya ‘Starstreak’ zenit raket kompleksləri və “kiçik bir partiya” tank əleyhinə “Javelin” raketləri tədarük etməyi planlaşdırır.
“Böyük Britaniya həmçinin NLAW qısa mənzilli tank əleyhinə silahların tədarükünü davam etdirəcək”, - nazir bildirib.
Ben Uallesin sözlərinə görə, Ukraynaya artıq 3615 portativ raket sistemləri veriblər. Nəşrin məlumatına görə, bu rəqəm əvvəllər açıqlanan 2000 rəqəmdən təxminən iki dəfə çoxdur.
Ualles digər NATO ölkələri tərəfindən təchiz edilmiş ‘Stingers’ raketlərini nəzərdə tutaraq Ukraynanın “daşına bilən 900 zenit raketi” aldığını, lakin Rusiya qüvvələrinin Kiyevi mühasirəyə almağa cəhd etdiyi üçün ukraynalıların ümidsiz şəkildə daha çox silah axtardığını bildirib.
‘Starstreak’ zenit raket kompleksləri 5 kilometr hündürlükdə və 6 kilometrə qədər məsafədə olan hava hədəflərini vurur.