31 Mart 2022
Mətni dəyiş
Böyük Britaniya hakimiyyəti Ukraynadakı müharibəyə görə Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib.
Buraya RT kanalı, “Russia Today” agentliyi və daha 12 Rusiya vətəndaşı, o cümlədən “Qazprom-Media Holdinq”in rəhbəri Aleksandr Jarov, Rusiya Federasiyasının Milli Müdafiəyə Nəzarət Mərkəzinin rəisi, general-polkovnik Mixail Mizintsev və jurnalist Sergey Brilev daxil olub.
Sənəddə deyilir ki, “Rossiya-1” telekanalının ˝Şənbə günü xəbərləri” proqramının aparıcısı Sergey Brilev “Kreml tərəfindən Ukraynaya işğalın təbliğatında fəal iştirak edir və Rusiya hərbçilərinin Ukraynada sabitliyi pozan və Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi təhlükə altına alan hərəkətlərini dəstəkləyir”. Brilevin Britaniya vətəndaşlığı olduğu məlum olub.
Sanksiyalar Sputnik informasiya agentliyi və radiosunun beynəlxalq yayım rəhbəri Anton Anisimov və RT telekanalının baş direktoru Aleksey Nikolova da təsir edib.
Sanksiya siyahısında olan rusların Böyük Britaniyaya girişi qadağan ediləcək və ölkədə müəyyən edilmiş aktivləri dondurulacaq.