24 Mart 2022
Mətni dəyiş
Böyük Britaniya ˝Sberbank˝-ın rəhbəri German Qref və ˝Tinkoff Bank˝-ın təsisçisi Oleq Tinkov da daxil olmaqla 59 fiziki şəxs və şirkətə qarşı sanksiya tətbiq edib. Məlumat Britaniya hökumətinin saytında dərc olunub.
Sanksiyalar arasında ˝Qazprombank˝, ˝Rosselxozbank˝, ˝Alfa-Bank˝, Rusiya Dəmir Yolları, ˝Alrosa˝, ˝RusHydro˝, ˝RVC˝ və Minsk Traktor Zavodu (MTZ) var.
Ümumilikdə siyahıda Rusiya və Belarusdan 33 fiziki şəxs və 26 şirkət var.
Rusiyanın 2022-ci il fevralın 24-də Ukraynaya hərbi müdaxiləsindən sonra Aİ-yə üzv ölkələr və digər ölkələr bir neçə sanksiya paketi qəbul ediblər.
Fevralın 25-də Britaniya Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq edib. Martın 10-da milyarder Roman Abramoviç, “Rosneft”-in direktorlar şurasının sədri İqor Seçin, “Qazprom”-un direktorlar şurasının sədri Aleksey Miller, “Transneft”-in prezidenti Nikolay Tokarev, milyarder Oleq Deripaska, iş adamı Aleksandr Lebedev və bankir Andrey Kostin sanksiyalara məruz qalıb. .
Daha sonra Böyük Britaniya daha 370 Rusiya və Belarus fiziki və hüquqi şəxsə qarşı sanksiya tətbiq edib. Ölkənin Xarici İşlər Nazirliyi bildirib ki, sanksiyalar siyahısına yeni əlavələr arasında Rusiya prezidenti Vladimir Putinin “əsas siyasi müttəfiqləri”, rejim rəsmiləri və Kremlin dəstəklədiyi təbliğatçılar var.