11 Mart 2022
Mətni dəyiş
Böyük Britaniya DXR və LXR-nin müstəqilliyinin tanınmasına səs verən Rusiya Federasiyası Dövlət Dumasının 386 deputatına qarşı sanksiya tətbiq edib.
Sanksiyaya məruz qalan deputatların Böyük Britaniyaya girişi qadağan ediləcək və onların bu ölkədəki aktivləri dondurulacaq.
Bundan əvvəl London Rusiyanın iyirmiyədək böyük iş adamına qarşı şəxsi sanksiyalar tətbiq edib. Onların arasında “Çelsi”nin sahibi Roman Abramoviç, “Rosneft”in rəhbəri İqor Seçin, milyarder Oleq Deripaska, “Qazprom”un idarə heyətinin sədri Aleksey Miller də olub.
Ukraynada müharibə başlayandan bəri Böyük Britaniya 500-ə yaxın rusiyalıya qarşı sanksiya tətbiq edib. Rusiya Federasiyasının rəhbərliyi - prezident Vladimir Putin, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu və digər yüksək vəzifəli şəxslər də məhdudiyyətlərə məruz qalanlar arasındadır.