5 Mart 2022
Mətni dəyiş
Müharibə başlayandan bəri Ukraynada 19-u uşaq olmaqla azı 331 mülki şəxs həlak olub. Ən azı 675 nəfər daha yaralanıb. Reuters xəbər verir ki, bu barədə BMT bildirib.
Eyni zamanda, BMT dinc əhali arasında itkilərin real sayının daha çox olduğuna inanır, Reuters qeyd edir.
Bir gün əvvəl təşkilat Ukraynada həlak olan mülki şəxslərin sayını ən azı 249 nəfər (o cümlədən 17 uşaq), yaralıların sayını isə ən azı 553 nəfəri (30 uşaq olmaqla) hesablamışdı.
Ukraynada müşahidəçiləri olan təşkilatın məlumatına görə, qurbanların əksəriyyəti ağır artilleriya, çoxsaylı reaktiv yaylım atəşi sistemləri, raket və hava zərbələri kimi partlayıcı silahlardan həlak olub.