1 Mart 2022
Mətni dəyiş
Fevralın 24-dən Ukraynada 13-ü uşaq olmaqla azı 136 mülki şəxs öldürülüb, Reuters BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının nümayəndəsi Elizabet Trosselə istinadən yazır.
Onun sözlərinə görə, 26-sı uşaq olmaqla 400 nəfər xəsarət alıb.
"Real itkilərin daha çox olacağı ehtimalı var", qurumun nümayəndəsi deyib.
Elizabet Trossel qeyd edib ki, ölüm və yaralanma hallarının əksəriyyəti hava zərbələri, həmçinin "ağır artilleriya və çoxsaylı raket sistemləri ilə atəş də daxil olmaqla geniş təsir sahəsinə malik partlayıcı silahlardan istifadə" nəticəsində qeydə alınıb.
Ukraynanın səhiyyə naziri Viktor Lyaşko bir gün əvvəl 16-sı uşaq olmaqla 352 nəfərin öldüyünü bildirmişdi. Onun dediyi kimi, 45-i uşaq olmaqla 2040 mülki şəxs yaralanıb. Martın 1-nə dair məlumatları Ukrayna hakimiyyəti hələ açıqlamayıb.