7 Mart 2022
Mətni dəyiş
Müharibə başlayandan bəri 1,7 milyondan çox qaçqın Ukraynanı tərk edib. Bu barədə BMT-nin Qaçqınlar üzrə Agentliyi məlumat yayıb.
• onlardan bir milyondan çoxu Polşaya
• 180 min - Macarıstana,
• 128 min - Slovakiyaya,
• 83 min - Moldovaya,
• 79 min - Rumıniyaya,
• 183 min daha çox - digər Avropa ölkələrinə gedib.
Müharibə başlayandan bəri Ukraynadan olan 53 mindən çox qaçqın Rusiyada olub.
Bundan əvvəl BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi Ukraynadan qaçan insanların sayının bu qədər artmasını “İkinci Dünya Müharibəsindən sonra Avropada ən böyük qaçqın böhranı” adlandırmışdı.
Avropa İttifaqı ukraynalıların gəldiyi ölkələrin xərclərini ödəmək üçün humanitar yardım kimi 500 milyon avro ayırmağa qərar verib. Avropa Komissiyasının sədri Ursula fon der Leyen bildirib ki, bu məbləğ ilk tranş olacaq. O, Ukraynanı dəstəkləməyə davam edəcəyinə söz verib.
ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, Birləşmiş Ştatlar Ukraynaya və qaçqınlara ev sahibliyi edən ölkələrə yardım üçün 2,5 milyard dollarlıq fond yaradacaq.