8 Mart 2022
Mətni dəyiş
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) rəsmi nümayəndəsi Şabia Mantu bildirib ki, 12 günlük müharibə ərzində iki milyon insan Ukraynanı tərk etmək məcburiyyətində qalıb.
Mantu bildirib ki, Ukraynadakı vəziyyət “İkinci Dünya Müharibəsindən sonra Avropada ən sürətlə böyüyən qaçqın böhranıdır”.
BMT QAK xidmətinin məlumatına görə, martın 8-i, Mərkəzi Avropa vaxtı ilə (Bakı vaxtı ilə 15:00) günorta saatlarına qədər Ukraynanı 2 milyon 11 min 312 nəfər tərk edib. Onların əksəriyyəti - 1,2 milyon nəfər - Polşaya (8 martın məlumatları), 210 mindən çoxu - digər ölkələrə (7 martın məlumatları), daha 99,3 min nəfəri Rusiyaya (8 martın məlumatları) gedib.