5 Mart 2022
Mətni dəyiş
“Bloomberg” agentliyi və Amerikanın CNN telekanalı müharibə haqqında reportajlara görə 15 ilədək məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinə edilən dəyişikliklərlə əlaqədar Rusiyadakı fəaliyyətini dayandırır.
“Böyük təəssüf hissi ilə Rusiya daxilində xəbərlərin toplanmasının müvəqqəti dayandırılması barədə qərar qəbul etdik. Hər hansı müstəqil müxbiri cinayətkarla eyniləşdirmək üçün nəzərdə tutulan Cinayət Məcəlləsindəki dəyişiklik ölkə daxilində normal jurnalistikanın hər hansı bir görüntüsünü saxlamağı qeyri-mümkün edir ", ˝Bloomberg˝-in baş redaktoru Con Mikletueyt deyib.
CNN rəsmisi bildirib ki, teleşəbəkə “vəziyyəti qiymətləndirənə qədər Rusiyada yayımını dayandıracaq”.
Son bir neçə gün ərzində Rusiyada bir çox nəşr bloklanıb, bağlanıb və ya müvəqqəti olaraq fəaliyyəti dayandırılıb. Onların arasında “Dojd”, “Exo Moskvı”, “The Village”, “Meduza”, “TV2”, “BBC Russian Service” və digərləri var. “Snob” və “Novaya qazeta” kimi bəzi KİV işlərini davam etdirmək üçün müharibə ilə bağlı hər hansı materialı siliblər.