7 Mart 2022
Mətni dəyiş
Aİ hökumətləri Rusiyaya qarşı limanlara, gəmilərə və hərbi texnikada istifadə olunan texnologiyalara təsir edə biləcək yeni sanksiyalar paketi üzərində çalışmaları yekunlaşdırır. Bu barədə mənbələrə istinadən Bloomberg məlumat yayıb.
Bundan əlavə, şəxsi sanksiyaların genişləndirilməsi və artıq tətbiq edilmiş məhdudiyyətlərə riayət edilməsi rejiminin gücləndirilməsi, o cümlədən kriptovalyuta ilə bağlı və mövcud tədbirlərdən yayınmaq üçün ondan necə istifadə oluna biləcəyi müzakirə edilir.
Agentliyin həmsöhbətlərindən birinin sözlərinə görə, yeni sanksiyaların bir hissəsi hələ martın 8-də qəbul oluna bilər. Bu məlumatın rəsmi təsdiqi yoxdur.
Fevralın ortalarından etibarən Aİ və digər ölkələr Rusiya Donetsk və Luqansk Xalq Respublikalarının müstəqilliyini tanıdıqdan və Ukraynanı işğal etdikdən sonra ona qarşı bir neçə dəfə sanksiyalar tətbiq edib.
Məhdudiyyətlər Mərkəzi Banka və Rusiyanın digər iri banklarına, aviasiya sənayesinə, o cümlədən Rusiya biznesmenlərinə və rəsmilərinə, həmçinin şəxsən Rusiya prezidenti Vladimir Putinə də təsir edib.