7 Mart 2022
Mətni dəyiş
Beynəlxalq Qırmızı Xaç Komitəsi Rusiya ilə Ukrayna arasında davam edən müharibəyə dair son məlumatda Rusiyanın Mariupoldan olan mülki şəxslər üçün hazırladığı “humanitar dəhliz”in minalarla dolu olduğunu iddia edib.
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməliyyatlar üzrə direktoru Dominik Stillhart bazar ertəsi BBC-yə müsahibəsində bunu təsdiqləyib.
Bu arada, Ukraynanın baş nazirinin müavini Yuliya Svırıdenko Rusiya və Belarusa humanitar dəhlizlərdən imtina edib.
Sputnik-in məlumatına görə, bu gün səhər saatlarında Rusiya Kiyev, Mariupol, Xarkov və Sumi bölgələrində mülki əhalinin təxliyəsinə imkan yaratmaq üçün atəşkəs elan edib. Qərar Fransa prezidenti Emmanuel Makronun etdiyi müraciətdən sonra verilib. Bazar günü, martın 6-da Makron Rusiya prezidenti Vladimir Putinlə “Ukraynanın mülki nüvə stansiyalarının bütövlüyünün qorunması” mövzusunda danışıb.
UNHCR: Son 10 gündə 1,5 milyon insan Ukraynanı tərk edib
Fransa prezidenti əlavə edib ki, atəşkəs və mülki əhalinin müdafiəsi tələbləri də müzakirə olunub. KİV-in məlumatına görə, Rusiya və Ukrayna iki dəfə Mariupol və Volnovaxada insanların müharibənin dağıdılan şəhərlərini tərk etməsinə icazə vermək üçün atəşkəsə razılaşıblar, lakin Rusiya yenidən atəş açdıqdan sonra atəşkəs pozulub. Bununla belə, Rusiya hakimiyyəti Ukraynanı “atəşkəsi pozmaqda” ittiham edib.
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) məlumatına görə, son on gündə 1,5 milyondan çox insan Ukraynadan qonşu ölkələrə qaçıb.
Humanitar dəhlizlər haqqında
Qeyd etmək lazımdır ki, humanitar dəhlizlər əhalinin münaqişə zonalarından təhlükəsiz şəkildə çıxmasına imkan verən ərazilər və ya marşrutlardır. Hər iki tərəf qısa müddətə atəşi dayandırmağa razılaşdıqda və müəyyən bölgədə döyüş getməyəndə baş tutur. Bu, mülki şəxslərin təhlükəli ərazilərdən qaçmasına imkan verir, həmçinin orada qalmalı olanlara yardım gətirilə bilər. Humanitar dəhlizlər ilkin olaraq 1990-cı ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 45/100 saylı qətnaməsi ilə müəyyən edilib. 1949-cu il Cenevrə Konvensiyaları və 1977-ci il Əlavə Protokolları mülki şəxslərin silahlı münaqişə zamanı yardım almaq hüququnu tanıyır və “yardım dəhlizləri” bu hüququ dəstəkləmək üçün mühüm vasitə hesab edilir.