8 Mart 2022
Mətni dəyiş
8 mart 2022-ci il tarixində FSC-nin Beynəlxalq Direktorlar Şurası (Meşə İdarəçiliyində Standartlara Uyğunluq üzrə Beynəlxalq Təşkilat) Belarus və Rusiyadan ağac emalı və meşə təsərrüfatı məhsullarının ixrac sertifikatının dayandırılması barədə qərar qəbul edib.
Belə bir qərarın verilməsinə səbəb Rusiya və Belarusun Ukraynaya qarşı təcavüzü, Belarusda bu sahədə çalışanlara qarşı repressiyalar olub.
Məsələn, ˝Bellesbumprom˝ müəssisələri 2021-ci ildə ixracını 48,2 faiz artırıb. Mənzərəni daha da aydınlaşdırmaq üçün dəyər baxımından Belarus taxtasının xaricə tədarükü 1 milyard dollara yaxınlaşıb ki, bu da ölkə üçün rekord göstəricidir.