Amerika prezidenti Co Bayden Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
O, təbrikində əməkdaşlıq mesajları verib: "Biz yeni imkanları araşdırmaq məqsədilə Azərbaycanla birgə işləyəcəyik", deyə təbrikdə qeyd olunub.
Prezident bildirib ki, ABŞ Cənubi Qafqazda demokratiya, sülh və tərəqqini dəstəkləməyə davam edəcəkdir.
“Bu il Birləşmiş Ştatlarla Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyidir. Bu ildönümünü qeyd etdiyimiz bir zamanda Administrasiyam Cənubi Qafqazda demokratiya, sülh və tərəqqini dəstəkləməyə davam edəcəkdir. Biz, həmçinin ortaq təhlükəsizlik narahatlıqlarını həll etmək, regional barışığa təşviq etmək və iqtisadi əməkdaşlıq üçün yeni imkanları araşdırmaq məqsədilə Azərbaycanla birgə işləyəcəyik”, - Cozef Bayden qeyd edib.
ABŞ prezidenti Novruz bayramı ilə bağlı ümumi təbrik də yayıb. Prezident bu barədə "Twitter"də paylaşım edib.
“Jill və mən bütün dünyada Novruzu qeyd edənlərə ən xoş arzularımızı çatdırmaq istəyirik. Novruz bayramı, sevdiklərinizə şükür etmək, nemətlərini düşünmək və yeni mövsümün bütün imkanlarını qarşılamaq üçün Novruz süfrəsi arxasında toplaşmaq deməkdir. Novruz bayramınız mübarək!”