Bakıda Azərbaycan və Aİ arasında növbəti təhlükəsizlik dialoqu keçiriləcək.
Bu barədə Avropa İttifaqı baş katibinin müavini, Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) baş katibi Enrike Mora "Twitter"də yazıb.
"Azərbaycan rəsmiləri ilə görüşlər keçirmək və III Aİ-Azərbaycan Təhlükəsizlik Dialoquna sədrlik etmək üçün Bakıdayam. Rusiyanın Ukraynaya təcavüzü və onun daha geniş regional nəticələri ümumi problemləri həll etmək üçün daha sıx əməkdaşlıq tələb edir. Aİ regionda sülh və təhlükəsizliyə qətiyyətlə sadiqdir", deyə o qeyd edib. Ukrayna müharibəsindən sonra dövlətlərin təhlükəsizlik problemləri yenidən gündəmə gəlib. Avropa İttifaqı bu istiqamətdə dövlətlərlə görüşlər keçirir.