Bakı Şəhər İcra Hakimiyyəti Demokratik Qüvvələrin Milli Şurasının 2 aprelə təyin etdiyi Ukraynaya dəstək mitinqə icazə verməyib.
Bu barədə mitinqin təşkilatçıları məlumat verib. Bildirilib ki, BŞİH cavabda qeyd edib ki, hökumət bu istiqamətdə əhəmiyyətli humanitar addımlar atıb. Koronavirus (Covid-19) epidemiyası səbəbindən tətbiq olunan karantin məhdudiyyətlərini də əsas göstərən Bakı meri mitinqi məqsədəuyğun hesab etməyib. Mitinq təşkilatçıları qərarın siyasi qərar olduğunu bildirirlər. Ancaq aksiya təyin olunan zaman qeyd olunmuşdu ki, aksiya ancaq razılıq veriləcəyi halda baş tutacaq. Bundan əvvəl ictimaiyyət nümayəndələrinin təşkilatçılığı ilə Ukraynanın Azərbaycandakı səfirliyinin qarşısında Ukraynaya dəstək aksiyası keçirilib. Hökumət aksiyanın baş tutmasına mane olmayıb.