2021-ci il yanvarın 1-nə Bakı Şəhər İcra Hakimiyyəti yanında Bakı Nəqliyyat Agentliyinin (BNA) vergi öhdəlikləri 2,008 milyon manat təşkil edib.
Sənədə əsasən, bu, 2020-ci il yanvarın 1-i ilə müqayisədə 1,061 milyon manat və yaxud 2,1 dəfə çoxdur.
Bununla bərabər, 2020-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti yanında Bakı Nəqliyyat Agentliyinə (BNA) 164,054 milyon manat dövlət investisiyası qoyulub. Bu, 2019-cu illə müqayisədə 2,5 dəfə azdır. Beləliklə, ötən il yanvarın 1-nə BNA-ya dövlət investisiyaları 705,343 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 30,3% çoxdur.
Prezident İlham Əliyevin sərəncamı ilə Bakı Nəqliyyat Agentliyi Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilib.