Bakı-Gəncə qatarında gediş haqqı 10 manatdan 20 manata qaldırılıb

Bakı-Gəncə qatarında gediş haqqı 10 manatdan 20 manata qaldırılıb
18 Mart 2022
Mətni dəyiş

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sabahdan hərəkətini bərpa edəcəyi Bakı-Gəncə sürət qatarında gediş haqqını artırıb.

Bu barədə qurumdan bildirilib.

Məlumata görə, gediş haqqı standart yerlər üçün 10 manatdan 20 manata, biznes yerlər üçün isə 25 manatdan 33 manata çatdırılıb.

Gediş haqları beynəlxalq məsləhətçi şirkətlərin ADY-nin maliyyə dayanıqlılığının təmin edilməsinə dair tövsiyələrinə uyğun olaraq dəyişdirilib. Bundan sonra əldə olunan gəlir artsa da, yeni tariflər hesabına xərcin yalnız bir qismini ödəmək mümkündür. Bu gün ADY sərnişin daşımalarında yaranan zərəri yüklərin daşınması hesabına əldə etdiyi gəlirlərlə qarşılayır", - deyə səhmdar cəmiyyəti bəyan edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun