Ukrayna ərazilərinə təcavüzü səbəbindən Rusiyaya tətbiq olunan sanksiyalar günü-gündən genişlənir. Əvvəl daha çox biznes-maliyyə sektorunu vuran sanksiyalar artıq neft-qaz sektoruna da ciddi təsirlər göstərir.
Rusiya bazarından çıxan iri şirkətlərlə yanaşı, bu ölkənin dövlət şirkətləri ilə əməkdaşlıq edən xarici tərəfdaşlar da müqavilələri sonlandırırlar. Son olaraq Avstraliyanın “Viva Energy” və “Ampol” neft şirkətləri Rusiyanın Ukraynadakı hərbi əməliyyatı ilə əlaqədar bu ölkədən xam neft alışını dayandırdıqlarını elan ediblər.Həmçinin hər iki şirkət Ukraynada müharibə başlamamışdan əvvəl Rusiyadan iki partiyada xam neft aldıqlarını və bu yükün yaxın zamanlarda təyinat nöqtəsinə çatacağını açıqlayıb.
Şirkətlər eyni zamanda Rusiya Federasiyasının hərəkətlərini pisləyiblər.