AzadlıqRadiosunun (RFE/RL) rus xidməti bürosu (Radiosvoboda) Rusiyada fəaliyyətini dayandırır. Məlumata görə, martın 4-də Federal Vergi Xidməti Rusiyada media korporasiyasının maraqlarını təmsil edən RFE/RL MMC-nin məcburi müflisləşməsi tələbi ilə Moskva Arbitraj Məhkəməsinə müraciət edib.
Son vaxtlar Rusiyada jurnalistlərə qarşı təzyiqlər xeyli artıb. Bu barədə Radio məlumat verib.
Media korporasiyasının fikrincə, bu hərəkətlər 1991-ci ildə Rusiya prezidentinin dəvəti ilə Moskvada ofisi açılan “Azadlıq” radiosunun və AzadlıqRadiosunun digər rusdilli layihələrinə mane olmaq üçün illərlə davam edən kampaniyanın kulminasiya nöqtəsidir.
AzadlıqRadiosunun Moskvada bürosu Rusiya prezidenti Boris Yeltsinin dəvəti ilə 1991-ci ildə açılıb.
Martın 4-də Vladimir Putinin imzaladığı yeni qanuna görə, bütün media Ukrayna ilə bağlı xəbərləri Rusiyanın yaydığı rəsmi məlumatlarda kənara çıxmamalıdır.
Əks halda Ukrayna ərazisinə hərbi müdaxilənin rəsmi şərhini şübhə altına alan hər bir jurnalistə 15 ilə qədər həbs cəzası nəzərdə tutur.
"...bu səbəbdən də jurnalistlərimiz bu hadisələrlə bağlı Rusiyadan kənarda məlumat verəcəklər”, - deyə korporasiyanın açıqlamasında bildirilir.
“Mən bu gün bunu dərin təəssüf hissi ilə bildirirəm” AzadlıqRadiosunun prezidenti Ceymi Flay deyib. Vəziyyət acınacaqlı olaraq qalır, lakin korporasiyamızın 70 illik tarixi göstərir ki, gözəl bir gündə - və bu, çox da uzaqda olmaya bilər - bizim büromuzu yenidən açmaq imkanımız olacaq. Rusiyada zaman azadlığın tərəfindədir, hətta Putin Rusiyasında belə”.
AzadlıqRadiosunun rusdilli layihələrinin 9 saytı, o cümlədən Azadlıq Radiosunun Rus Xidmətinin saytları ötən həftə Rusiyanın qonşu ölkəyə hərbi müdaxiləsi ilə bağlı məlumatları silməkdən imtina etdiyi üçün Roskomnadzor tərəfindən bloklanıb.
Bundan başqa redaksiya və büroları kənarda olan başqa media qurumlarının, o cümlədən "Meduza", "BBC", "Amerikanın Səsi" və "Deutsche Welle" -nin saytları da Rusiyada bloklanıb. Roskomnadzor Facebook və Twitter sosial şəbəkələrinə girişi də bloklayıb.