10 Mart 2022
Mətni dəyiş
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalyada Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə görüşüb. Müzakirə daha əvvəl onların hər biri ilə ayrıca görüşmüş Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakı ilə keçirilib.
Bu, Rusiya və Ukrayna xarici işlər nazirləri arasında müharibə başlayandan bəri ilk təmasdır. Görüşdən əvvəl Kreml bu görüşü danışıqlar prosesinin “çox vacib” davamı adlandırıb. Kuleba danışıqlardan elə də böyük gözləntilərinin olmadığını deyib.
Görüş bir saat yarım davam edib.
Ukrayna XİN başçısı bildirib ki, Lavrovla danışıqlar ağır keçib.
Kuleba həmçinin qeyd edib ki, Lavrovla görüşdə humanitar dəhlizlərin açılması və atəşkəs rejimi ətrafında məsələlər müzakirə olunub.
Dmitro Kulebanın sözlərinə görə, atəşkəş rejimi haqda razılıq əldə edə bilməyiblər.
https://twitter.com/OlegNikolenko_/status/1501838518703767552?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1501838518703767552%7Ctwgr%5E%7Ctwcon%5Es1_&ref_url=
Rusiya fevralın 24-də Ukrayna ərazisinə daxil olub. Kreml bildirir ki, “xüsusi əməliyyatın” rəsmi məqsədi özünü müstəqil elan edən DXR və LXR-ni, habelə Ukraynanın “demilitarizasiyası” və “denazifikasiyası”nı qorumaqdır.
Rəsmilərin bəyanatlarına əsasən, Kreml Kiyevdən Rusiyanın Krım üzərində suverenliyini, DXR və LXR-in müstəqilliyini tanımasını, həmçinin istənilən bloklara üzvlükdən imtina etməyi tələb edir. Ukrayna hakimiyyəti öz ərazilərindən imtina etməyəcəklərini, lakin “kompromislərə” hazır olduqlarını bildirir; Rusiya və digər ölkələr isə onun təhlükəsizliyinə zəmanət verməlidir.