8 Mart 2022
Mətni dəyiş
Almaniya Ali Məhkəməsinin baş prokuroru Peter Frank Rusiya ordusunun Ukraynada törətdiyi hərbi cinayətlərlə bağlı təhqiqata başlayıb. Bu barədə Almaniyanın ədliyyə naziri Marko Buşman ˝Rhein-Neckar-Zeitung˝ (RNZ) nəşrinə məlumat verib.
“Baş prokuror qondarma struktur araşdırmasına başlayıb. Beynəlxalq cinayət hüququnun mümkün pozuntuları təqib edilməlidir”, - nazir bildirib.
˝Der Spiegel˝-in Almaniya məhkəmə dairələrindəki mənbələri bildiriblər ki, təhqiqat Rusiyanın kaset bombalarından istifadə etməsi, yaşayış məntəqələrinə və mülki infrastruktura hücumlar və sui-qəsddə hədəf alındığı iddia edilən ukraynalı siyasətçilərin “qara siyahılarının” mövcudluğu ilə bağlı xəbərləri araşdıracaq.
Beynəlxalq cinayət hüququna görə, müharibə cinayətləri universal yurisdiksiyaya aiddir. Bu o deməkdir ki, onlar cinayət törədildikləri ölkədən kənarda da istintaqa cəlb oluna bilərlər.
2021-ci ilin sonunda Suriya prezidenti Bəşər Əsədin əleyhdarlarını öldürməkdə və onlara işgəncə verməkdə ittiham olunan keçmiş Suriya kəşfiyyatçısı Almaniyada ömürlük həbsə məhkum edilib.
2022-ci il martın 7-də Haaqa Beynəlxalq Məhkəməsində Ukraynanın işğalı ilə bağlı Rusiyaya qarşı dinləmələr başlayıb.