Rusiya müxalifətinin lideri Aleksey Navalnı 9 il azadlıqdan məhrum edilib.
Bu barədə qərar Moskvanın Lefortovski Rayon Məhkəməsində çıxarılıb. Hakim Navalnını 9 il müddətində həbs etməklə yanaşı, 1,2 milyon rubl məbləğində cərimələyib. Müxalifət lideri dələduzluq və məhkəməni təhqir etmək ittihamı ilə mühakimə olunub. Hökmdən əvvəl dövlət ittihamçısı Navalnıya ümumilikdə 13 il həbs cəzası verilməsini istəyib.2021-ci ilin avqust ayında Sibirdən Moskvaya qayıdarkən təyyarədə səhhəti pisləşən 44 yaşlı rus müxalifət lideri Aleksey Navalnının zəhərləndiyi iddia edilib. Navalnı 22 avqustda xüsusi təyyarədə müalicə üçün Omskdan Berlinə aparılıb.
Almaniyalı həkimlər müxalifət liderinin zəhərləndiyindən əmin olduqlarını açıqlamışdı. Navalnı müalicəsini başa vurduqdan sonra, bu ilin 17 yanvarında öz ölkəsinə qayıdıb.
O, hava limanında həbs edilibMoskvanın Simonski məhkəməsi, fevralın 2-də müxalifət lideri Aleksey Navalnının indiyə kimi olan şərti cəzasını gerçək həbs cəzası ilə əvəz edib. Onun barəsində 2014-cü ildə "İv Roşe" işi ilə bağlı çıxarılmış 3 il yarımlıq şərti cəza yenidən qüvvəyə minib.
Məhkəmənin qərarında deyilir ki, Navalnı bu cəzanın 2 il yarımını çəkəcək, çünki o 2014-cü ildə bir müddət ev məhbusu olub.