Aİ liderləri Ukraynanın Avropaya inteqrasiyasını dəstəkləyiblər: "Ukrayna bizim Avropa ailəmizə aiddir"

Aİ liderləri Ukraynanın Avropaya inteqrasiyasını dəstəkləyiblər: "Ukrayna bizim Avropa ailəmizə aiddir"
11 Mart 2022
Mətni dəyiş
Versal sammitində Avropa liderləri Ukraynanın Aİ-yə inteqrasiyasının lehinə çıxış ediblər. Bu barədə Litva Prezidenti Gitanas Nauseda öz Twitter səhifəsində yazıb. https://twitter.com/GitanasNauseda/status/1502103582337871874?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1502103582337871874%7Ctwgr%5E%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Fwww.currenttime.tv%2Fa%2Fevropeyskie-lidery-podderzhali-evrointegratsiyu-ukrainy%2F31747650.html Onun sözlərinə görə, beş saat davam edən qızğın müzakirələrdən sonra Ukraynanın Avrointeqrasiyasına “hə” deyilib. "Proses başlayıb. İndi bunu tez bir zamanda etmək bizdən və ukraynalılardan asılıdır. Ukrayna xalqı bilməyə layiqdir ki, onlar Aİ-də xoş qarşılanırlar", - Nauseda yazıb. Martın 11-nə keçən gecə Versalda keçirilən Aİ-nin qeyri-rəsmi sammitindən sonra dərc olunan bəyanatda, Avropa Komissiyasının Ukraynanın Aİ-yə üzvlük müraciətinə rəy verməli olduğu və o vaxta qədər Kiyevlə tərəfdaşlıq əlaqələrinin gücləndirilməsinin nəzərdə tutulduğu qeyd edilir. "Ukrayna bizim Avropa ailəmizə aiddir", - bəyanatda deyilir. Eyni zamanda, Avropa Komissiyasının qiymətləndirməsi uzun müddət çəkə bilər, deyə Hollandiyanın baş naziri Mark Rutte bildirib. "Aİ-yə daxil olmaq üçün sürətləndirilmiş prosedur yoxdur. Bu, uzun müddətdir üzvlük proseduruna qəbulu gözləyən Monteneqro, Serbiya, Albaniya və Şimali Makedoniyanın üzünə yumruq olardı", - o deyib. Lüksemburqun baş naziri Xavier Bettel əlavə edib: "Biz ukraynalılara hər şeyin istənilən an baş verəcəyi hissini yaşatmamalıyıq". Aİ ölkələri müharibə başa çatdıqdan sonra “demokratik Ukraynanın bərpasına dəstək verəcəklərini” vəd ediblər. Yekun sənəddə qeyd edildiyi kimi, Aİ ukraynalı qaçqınlara “humanitar, tibbi və maliyyə” yardımını davam etdirəcək. Fevralın 28-də Vladimir Zelenski Ukraynanın Avropa İttifaqına daxil olması üçün ərizə imzalayıb. Kiyev sənədin surətlərini Avropa Şurasının sədri Şarl Mişel, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa Parlamentinin sədri Roberta Metsolaya göndərib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun