Martın 1-də Azərbaycan Demokratiya və Rifah Partiyasının fəalları Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin qarşısında aksiya keçiriblər.
Fəallar aksiyanın Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı keçiriblər.Etirazçılar “Aqressiyaya yox!” yazılmış plakat qaldırıblar, həmçinin “Putin, rədd ol!”, “Müharibəyə etiraz edirik!”, “Rusiya ordusu Ukrayna ərazisindən çıx get!” şüarlarını səsləndiriblər.
Polis aksiya iştirakçılarını səfirliyin binasından uzaqlaşdırmağa çalışıb. Daha sonra isə aksiyanın bəyanatı oxunub. Bəyanat bitməmiş müdaxilə edən polislər partiya fəallarından 5 nəfəri saxlayıb. Bu artıq son günlərdə Rusiya səfirliyi qarşısında keçirilən 2-ci belə aksiyadır. Rusiyanın təcavüzünə qarşı keçirilən daha böyük aksiya isə fevralın 27-də Ukrayna səfirliyinin qarşısında olub. Minlərlə insan Ukraynaya dəstək şüarları səsləndirib.