4 Mart 2022
Mətni dəyiş
ABŞ-ın respublikaçı senatoru Lindsey Graham deyib ki, Ukraynada müharibəni dayandırmağın yeganə yolu Rusiya prezidenti Vladimir Putinə sui-qəsddir. Bu barədə o, Twitter-də yazıb.
˝Rusiyada bir Brut yoxdur? Rus ordusunda daha uğurlu polkovnik Stauffenberq yoxdur? Buna son qoymağın yeganə yolu Rusiyada kiminsə o adamı rədd eləməsidir. Siz ölkənizə və dünyaya böyük xidmət göstərəcəksiniz.
Bunu düzəldə biləcək yeganə adam rus xalqıdır. Demək asan, etmək çətindir. Ömrünüzün sonuna qədər qaranlıqda, dünyadan təcrid olunmuş ifrat yoxsulluq və zülmətdə yaşamaq istəmirsinizsə, bir addım irəli getməlisiniz˝.
https://twitter.com/LindseyGrahamSC/status/1499574209567199235?s=20&t=38xlJ8PyOs9vuZpID2iXQw
Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov Facebook-da Qrahamın “cinayətkar bəyanatını” pisləyib və bunu “terrorçuluğa çağırış” kimi qiymətləndirib.
˝Amerikalı siyasətçinin bəyanatını qəbuledilməz və hədsiz hesab edirəm. ABŞ-da Rusiyaya qarşı rusofobiyanın və nifrətin dərəcəsi həddən artıqdır. İnanılmazdır ki, öz mənəvi dəyərlərini bütün bəşəriyyət üçün “yol göstərən ulduz” kimi təbliğ edən bir ölkənin senatoru Vaşinqtonun beynəlxalq aləmdə məqsədlərinə çatmaq üçün terrorizmə çağırış edə bilər. Sükan arxasında belə məsuliyyətsiz və qeyri-peşəkar siyasətçilərin dayandığı ABŞ-ın taleyi üçün bu, qorxulu olur. Biz rəsmi izahat tələb edirik və bu amerikalının cinayət bəyanatlarının qətiyyətlə pislənməsini tələb edirik˝.
Rusiya Federasiyasının Vətəndaş Palatası Lindsi Qrahamın ifadələri ilə bağlı cinayət işinin başlanması tələbi ilə Baş Prokurorluğa müraciət edəcəklərini bildirib.