ABŞ Senatı Rusiya Federasiyasının prezidenti Vladimir Putini hərbi cinayətlərdə ittiham edən qətnamə qəbul edib. Qətnamə respublikaçı senator Lindsey Qraham tərəfindən təqdim edilib. Qətnamədə qeyd olunur ki, Senat Putinin hakimiyyəti dövründə Rusiya silahlı qüvvələri tərəfindən törədilən “zorakılıq, müharibə cinayətləri, insanlıq əleyhinə cinayətləri” qətiyyətlə pisləyir. Sənəd Haaqa Beynəlxalq Məhkəməsini bu istiqamətdə araşdırma aparmağa çağırır. Qətnamə hər iki partiyanın senatorları tərəfindən dəstəklənib. Onlar qeyd ediblər ki, biz - demokratlar və respublikaçılar Vladimir Putinin Ukrayna xalqına qarşı törədilən vəhşiliklərə görə məsuliyyətdən qaça bilməyəcəyini demək üçün birləşdik. Fevralın 24-dən etibarən Rusiyanın Ukraynaya işğal əməliyyatı başlayıb.