ABŞ Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə cavab olaraq Rusiya neft və qazının bütün idxalına qadağa qoyur.
Bunu martın 8-də prezident Co Bayden açıqlayıb. "Biz Rusiyadan bütün idxalı qadağan etmişik: neft, qaz və bütün enerji. Rusiya nefti artıq ABŞ limanlarında qəbul edilməyəcək". Bayden qeyd edib ki, Amerika Putinin müharibəsinə subsidiya vermək istəmir.Böyük Britaniya hökuməti də Rusiya neftinin bütün idxalını mərhələli şəkildə dayandırmağı planlaşdırır. Hərəkət ABŞ ilə razılaşdırılacaq və qadağa yaxın aylarda mərhələli şəkildə həyata keçiriləcək. Eyni zamanda, Rusiya qazına qoyulan qadağa tətbiq edilməyəcək.