ABŞ hakimiyyəti Rusiya elitasının üzvlərinə, onların ailələrinə və şirkətlərinə qarşı sanksiyalar elan edib. Ağ Evin saytına görə, onların Amerikadakı aktivləri dondurulacaq və əmlakları bloklanacaq.
Sanksiya siyahısına düşənlər:
- Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov,
- milyarder Arkadi və Boris Rotenberq,
- USM Holdings-in təsisçisi Alişer Usmanov (həmçinin onun ˝Dilbar˝adlı yaxtası və şəxsi təyyarəsi),
- ˝Transneft˝in rəhbəri Nikolay Tokarev,
- İş adamı Yevgeni Priqojin,
- VEB.RF sədri İqor Şuvalov,
- ˝Rostex˝in rəhbəri Sergey Çemezov.
Bundan əvvəl Böyük Britaniya Şuvalov və Usmanova qarşı sanksiyalar elan edib.
ABŞ həmçinin 19 rusiyalı oliqarx və onların 47 ailə üzvü və yaxınlarına da viza məhdudiyyəti qoyur.
“Dezinformasiyaya” görə məhdudiyyətlər Rusiyanın yeddi təşkilatına, o cümlədən Strateji Mədəniyyət Fonduna, “Bir Vətən” portalına, “Avrasiyanın Ritmi” nəşrinə və ˝Kamerton˝ jurnalına təsir edəcək. Bundan əlavə, Rusiya və Ukraynadan bu strukturlarla əlaqəsi olan 26 nəfər də sanksiyalara məruz qalacaq.