10 Mart 2022
Mətni dəyiş
ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiyanın Ukraynaya hücumuna cavab olaraq Rusiya nefti, təbii qazı və kömürünün ABŞ-a idxalını qadağan edən qanun layihəsinin lehinə səs verib.
Qanun layihəsi, həmçinin Rusiyanın Ümumdünya Ticarət Təşkilatında (ÜTT) iştirakını dayandırmaq və insan haqlarının pozulmasına görə Rusiyaya qarşı sanksiyaları artırmaq üçün Maqnitski Aktına yenidən təsdiq üçün addımları əhatə edəcək.
Layihəni 415 konqresmen dəstəkləyib, 17 nəfər əleyhinə səs verib.
Bundan sonra qanun layihəsi ABŞ Senatında müzakirə ediləcək.