9 Mart 2022
Mətni dəyiş
Rusiya qoşunları Ukraynadakı müharibə zamanı iki mindən dörd minə qədər insan itirib. Sky News bildirir ki, bu barədə Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns məlumat verib.
Börns həmçinin əlavə edib ki, Ukraynanı qarşıda “bir neçə pis həftə” gözləyir.
Rusiya Müdafiə Nazirliyi cəmi bir dəfə - martın 2-də ölən hərbçilərlə bağlı rəsmi məlumat yayıb. İdarənin məlumatına görə, həmin vaxt 498 nəfər həlak olub, 1597 nəfər yaralanıb.
Ukrayna hərbi komandanlığı iddia edir ki, müharibə başlayandan bəri Rusiya ordusunun itkiləri təxminən 12 min əsgər təşkil edir. Bu saya əsir və yaralıların daxil olub-olmadığı dəqiqləşdirilməyib.