12 Mart 2022
Mətni dəyiş
ABŞ hakimiyyəti Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun ən yaxın qohumlarına qarşı sanksiyalar tətbiq edəcək. Bunu jurnalistlər üçün keçirdiyi brifinqdə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.
“Biz həmçinin qondarma Donetsk və Luqansk xalq respublikalarının tanınması səylərinə rəhbərlik edən Rusiya Dövlət Dumasının 12 deputatına, o cümlədən Kremlin sözçüsü Dmitri Peskovun həyat yoldaşı və yetkin uşaqlarına qarşı sanksiyalar tətbiq edirik”, – Prays bildirib. O, sanksiyalara məruz qalacaq şəxslərin adlarını açıqlamayıb.
Peskov fiqurlu konkisürən Tatyana Navka ilə evlidir və üç evlilikdən beş övladı var. Rusiya prezidentinin mətbuat katibinin iki övladı böyükdür - Nikolay Çoulz və Elizaveta Peskova.
Martın əvvəlində ABŞ hakimiyyəti Dmitri Peskovun özünə qarşı sanksiya tətbiq etdiyini açıqlamışdı.