Rusiyanın Ukraynaya hücumundan sonra qaçqın düşmüş 130 mindən çox uşaq Polşada təhsilini davam etdirir.
Bu barədə Polşanın Təhsil Nazirliyi məlumat verib. Bildirilib ki, təkcə son 1 həftə ərzində 900-dən çox uşaq təşkil olunan dil kursları üçün qeydiyyatdan keçib. Qeyd olunub ki, dərslər təməldən və heç bir ödəniş tələb olunmadan keçirilir. Polşanın ailə və sosial siyasət naziri Marlena Malaq bu günlərdə açıqlama verərək bildirib ki, qaçqın düşmüş 17 min qadın artıq Polşada işlə təmin olunub. Qanuna görə, bu şəxslər Polşa ərazisində 18 ay qala biləcəklər.